Dördüncü Dünya Köçəri Oyunları Türkiyədə keçiriləcək


Dünya 01 Sen 2018 20:46:00 300 0

Dördüncü Dünya Köçəri Oyunları Türkiyədə keçiriləcək

Sentyabrın 1-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstana rəsmi səfərə gəlib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Qırğızıstan Prezidenti Sooronbay Jeenbekovun Rəcəb Tayyib Ərdoğanla görüşündə ölkələr arasında siyasi, ticarət-iqtisadi, hərbi-texniki, mədəni-humanitar, sosial və digər sahələrdə əlaqələrin daha da dərinləşdirilməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb.

Sooronbay Jeenbekov bildirib ki, iki ölkə arasında strateji tərəfdaşlıq münasibətləri mövcuddur və qardaşlıq üzərində qurulan əməkdaşlığıq bundan sonra da uğurla davam edəcək.

Danışıqlar zamanı tərəflər dördüncü Dünya Köçəri Oyunlarının Türkiyədə keçirilməsi barədə qərara gəliblər.