Alimlər arıqlamağın effektiv üsulunu tapıblar


Digərləri 01 Sen 2018 20:48:00 246 0

Alimlər arıqlamağın effektiv üsulunu tapıblar

"EurekAlert" portalının xəbərinə görə, İngiltərənin Surrey Universitetinin tədqiqat qrupu müəyyən edib ki, gecikmiş səhər və erkən şam yeməklərinin birlikdə təsiri arıqlamağa kömək edir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, pilot tədqiqatı zamanı alimlər yemək vaxtının dəyişdirilməsinin qida rasionuna və orqanizmdə metabolik proseslərə, həmçinin diabetin və ürək xəstəliklərinin inkişafına təsirini araşdırıblar. Eksperimentdə 29-57 yaş arası 16 könüllü iştirak edib. Onlardan doqquzu on həftə müddətində səhər yeməyini həmişəkindən saatyarım gec, şam yeməyini isə 90 dəqiqə tez yeyiblər. Qalan yeddi nəfər yemək vaxtını dəyişməyib. İştirakçıların hamısı ənənəvi qida rasionunu saxlayıb və pəhrizə ciddi riayət edib.

Məlum olub ki, qidalanma vaxtını dəyişənlər orta hesabla iki dəfə çox arıqlayıb. Onlarda həmçinin iştahanın və qida qəbulu arasında fasilədə qəlyanaltıların azalması müşahidə olunub.