Ağcabədidə 10 ədəd PHS tapılıb (FOTO)


Digərləri 01 Sen 2018 20:28:44 357 0

Ağcabədidə 10 ədəd PHS tapılıb (FOTO)

Ağcabədi rayonunda 10 ədəd hərbi sursat aşkar olunub.

Bakı. Ağcabədi rayonunda 10 ədəd hərbi sursat aşkar olunub. Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, bu gün saat 15:20-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 16:23-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağcabədi rayonu, Ağabəyli kəndi ərazisində əl qumbarasının və patronların tapılması barədə məlumatlar daxil olub. Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və AnchorAğcabədi rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.