Yaylaqda bir gün Tərəkəmələrin həyat tərzi ilə bağlı REPORTAJ VİDEO


Digərləri 01 Sen 2018 20:13:00 334 0

Yaylaqda bir gün  Tərəkəmələrin həyat tərzi ilə bağlı REPORTAJ  VİDEO

Köçəri həyat tərzi sürən tərəkəmələr Kür-Araz ovalığında, Mil-Muğan və Şirvan düzlərində yaşayırlar.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, əsasən qoyunçuluqla məşğul olan tərəkəmələr yayda yaylaqlara, payızda isə Arana - Çeyrançöl ərazilərinə köçürlər.

Əməkdaşlarımız onların həyat tərzi ilə bağlı maraqlı süjet hazirlayıblar...

Bütün mal-qaranı yığıb may ayından yaylağa gedən tərəkəmələr özləri üçün əlverişli yerdə yurd salırlar. Dağlıq ərazilərə, yaylaqlara getməkdə onların məqsədləri heyvanlarını yaxşıca otarmaqdır.

Bu həyat tərzi əsrlərdir nəsillərdən-nəsillərə ötürülür. Gədəbəy rayonu ərazisində tərəkəmələrin yaylaq əraziləri çoxdur. Yataqlar Düz Yurd kəndində çox olsa da, Başkənddə olan yaylaqlar da az deyil.

Səhər dan yeri söküləndən günortaya kimi iribuynuzlu və xırdabuynuzlu heyvanlar sahələrdə otarılır. Saat 4-dən axşam hava qaralanadək heyvanlar yenidən otarılmaq üçün sahələrə çıxarılır.