Ürəyi qoruyur, xərçəngin qarşısını alır...


Digərləri 01 Sen 2018 20:15:00 286 0

Ürəyi qoruyur, xərçəngin qarşısını alır...

Pərpətöyünün tarixi 4000 il bundan əvvələ gedib çıxır. Avropaya XIX əsrdə gətirilən pərpətöyünün vətəni Hindistan, Argentina və Braziliya hesab edilir. Yabanı pərpətöyün Azərbaycanın ən çox Samur-Dəvəçi ovalıqlarında, Naxçıvanın düzən və orta dağlıq sahələri rayonlarında, Lənkəran düzənliyində, bağ və bağçalarda alaq bitkisi kimi yayılıb. Respublikamızın bir çox bölgələrində ona pərpərəng də deyilir. Qida dəyəri yüksək olan pərpətöyünün bir çox xəstəliyə qarşı qoruyucu təsiri var.

Son.az C və A vitamini, omega-3 ilə zəngin olan bu şəfalı bitkinin xəstəliklərdən qoruma xüsusiyyətlərini diqqətinizə çatdırır.

Ürəyi qoruyur

Doymamış yağ turşularından, xüsusilə Omega-3 yağ turşuları və digər turşularla zəngin olan pərpətöyün ürək damar sağlamlığını qoruyur.

Xolesterolu aşağı salır

Tərkibindəki zəngin komponentlər sayəsində həm xolesterolu düşürür, həm də qan təzyiqinin normallaşmasında əhəmiyyətli rol oynayır

Xəstəliklərdən qoruyur

Bakteriya və göbələk yaranmasına qarşı qoruyucu təsirə malik olduğundan bədəni xəstəlik yaradan mikroorqanizmlərdən qoruyur

Xərçəng xəstələrinə tövsiyə olunur

Antioksidant təsiri ilə həzm sistemini gücləndirir və xərçəng kimi müxtəlif xəstəliklərin müalicəsində istifadə olunur.

Böyrəklərdəki qum və daşı tökür

Sidikqovucu və toksin təmizləyici xüsusiyyəti olan pərpətöyünün böyrəkdəki qum və daşı tökdüyü məlumdur.