Hamilə kirəc və təbaşir yeməmək üçün nə etməlidir?


Digərləri 01 Sen 2018 20:10:00 319 0

Hamilə kirəc və təbaşir yeməmək üçün nə etməlidir?

Hamiləlik zamanı bəzi qadınlar təbaşir, kirəc və s. müxtəlif qeyri-normal qidalarla qidalanırlar. Bəs bunun səbəbi nədir? Hamiləlik dövründə qadınların bəziləri turşu yeməyi xoşlayır, bəzilərini isə şirniyyatdan doydurmaq olmur. Bir qism qadınlar da vardır ki, onlar hamiləlik zamanı təbaşiri, kirəci şirniyyatdan da çox sevir və yeyirlər. Bunun səbəbi onun orqanizmində zülal, yağ və karbohidrat mübadiləsinin pozulmasındadır. Bunun baş verməməsi üçün ananın və doğulacaq uşağın sağlam olması məqsədilə dietoloqun söylədiklərini sizlərə xatırlatmaq istəyirəm. Zülal. Son.az immunitet.az-a istinadən bildirir ki, hamilə qadın hər gün zülal qəbul etməlidir. Zülal ana və uşağın hormonal sistemində baş verən dəyişikliklərin sintezində mühüm rol oynayır. Ana zülal mübadiləsinin pozulmaması üçün hamiləliyin birinci yarısında gün ərzində 60-90 qram, ikinci yarısında isə 90-110 qram zülal qəbul eləməlidir. Yağ. Yağlar bütün insanlar kimi hamilə qədına da lazımdır. Yağ dedikdə biz əsil və keyfiyyətli yağı nəzərdə tuturuq. Yağlar orqanizmin hüceyrələrinə daxi olaraq onun müdafiə qüvvəsini artırır. Bu zaman lazım olan yağ miqdarını qızardılmış şəkildə yox, salatların üstünə tökülmüş halda qəbul etmək daha məqsədəuyğun sayılır. Bişirilən ətin yağlılığı da hamiləlik zamanı orqanizm üçün təhlükə törətmir. Yağlar bağırsaqlardan vitaminlərin sorulması prosesində fəal iştirak edir. Bu isə ana və doğulacaq uşağın sağlamlığı üçün əhəmiyyət daşıyır. Kolbasa, sosiska, həddindən artıq piyli ət, konservanın tərkibində olan yağların çox olmasının isə hamilə qadına zərəri var. Hamilə qadının bir günlük yağa olan tələbatı 25-30 qramdır. Karbohidrat. Hamilə qadının gündəlik minerallara və karbohidratlara ehtiyacı ödənilməlidir. Karbohidratlar bağırsaqların peristaltikasını stimulyasiya edir, toxluq hissi yaradır və enerji verir. Hamilə qadının gündəlik rasionun yarısını karbohidratlar tutmalıdır. Karbohidratlar ən çox çörəkdə, makaronda və s. olur. Yuxarıda sadalananlar hamilə qadının normal sağlamlığı üçün lazımdır. Əgər hamilə qadın kifayət qədər normal qidalanmazsa, o zaman onun orqanizmində bir sıra vitamin və mineralların çatışmazlığı baş verir ki, bu da onun təbaşir, kirəc, çiy düyü və s. yeməsinə səbəb olur. Hamilə qadının qida rasionunun rəngarəng və zəngin olması üçün aşağıdakı qidalardan istifadə etməlidir: * balıq * ət və ət məhsulları * süd və süd məhsulları * qaraciyər * buğda, düyü supları * tərəvəzlər * göyərti * meyvələr. Son.az