Azərbaycanlı nişanlı cütlük milli musiqiləri dünyada təbliğ edirlər VİDEO


Digərləri 01 Sen 2018 19:51:00 328 0

Azərbaycanlı nişanlı cütlük milli musiqiləri dünyada təbliğ edirlər  VİDEO

Azərbaycanlı nişanlı cütlük tərəfindən diqqət çəkən addım atılıb. Onlar ölkələri gəzərək Azərbaycan mahnılarını ifa edirlər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, musiqiçilər Rizvan Əliyev və Röya Miriyeva "Street cover" layihəsi ilə dünyanın bir çox ölkəsinə səyahət edib, orada həmin ölkənin memarlıq abidələri, rəmzi olan yerlərin qarşısında Azərbaycan mahnıları səsləndirirlər. Onlar əsasən məşhur yerlərin, şəhərlərin fonunda retro mahnıları oxuyurlar. Bildirlər ki, mahnılarımız hər bir ölkədə marağa səbəb olur. İnsanlar onlara yaxınlaşaraq ifa etdikləri mahnılarla bağlı əlavə məlumat alırlar. Qeyd edək ki, Rizvan Əliyev tarda, gitarada ifa edir, Röya Miriyeva isə oxuyur. Görüntüləri isə sosial şəbəkədə paylaşırlar. Cütlüyün məqsədi Azərbaycan musiqisini bütün dünyada təbliğ etməkdir. Onlar bu layihələrini davam etdirmək və genişləndirmək niyyətindədirlər.


Xəbərə aid video