Gələcəyin peşələri Bəziləri unudulacaq, bəziləri isə


Digərləri 01 Sen 2018 19:52:00 369 0

Gələcəyin peşələri  Bəziləri unudulacaq, bəziləri isə

Gələcəkdə bir sıra peşələr unudulacaq. Bununla yanaşı, bir sıra sahələrə isə tələbat artacağından bu peşələrə yiyələnənlər daha çox pul qazana biləcəklər.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, elm və texnologiyanın sürətli inkişafı bəzi peşələri sıradan çıxarır, bəzi peşələr isə yeni meydana çıxaraq ən populyar və gəlirli işlərdən birinə çevrilir. Məsələn, sərnişindaşımada yeni texnologiyaların tətbiqi konduktor, avtomobillərin geniş yayılması nalbənd, naviqator proqramlarının yayılması bələdçi kimi peşələrin unudulmasına gətirib çıxarıb.

İnsan resursları mütəxəssisi Leyla Surxayzadə bildirir ki, gələcəyin ən çox qazanclı peşələrindən biri informasiya-kommunikasiya texnologiyaları ilə bağlı olan işlərdir.

Bundan başqa, gələcəyin sahələri arasında sosial şəbəkələr və maliyyə sahələri ilə bağlı olan ixtisaslar da əsas yer tutmaqda davam edəcək.


Xəbərə aid video