Mingəçevirdə zibil poliqonuna tökülmüş ərzaq məhsulları təkrar istifadəyə verilir VİDEO


Digərləri 01 Sen 2018 19:54:00 340 0

Mingəçevirdə zibil poliqonuna tökülmüş ərzaq məhsulları təkrar istifadəyə verilir  VİDEO

Mingəçevir sakini şəhərin zibil poliqonundan görüntülər çəkərək "Xəzər Xəbər"in votsap nömrəsinə göndərib.

Onun iddiasına görə, poliqona tullanmış ərzaq məhsulları yığılaraq yenidən istifadəyə verilir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, görüntülərdən aydın olur ki, Mingəçevirin məişət tullantıları poliqonunda tüstü və toz-dumanın içərisindən vaxtı ötmüş və yararlılıq müddəti bitmiş ərzaq məhsulları yığılır.

Mingəçevir sakini iddia edir ki, müxtəlif şirkətlər tərəfindən istehsal edilən və yararsız olduğundan zibil poliqonuna atılan məhsullar bir qrup insan tərəfindən yığılaraq şirniyyat sexlərinə, dönərxanalara və digər obyektlərə satılır. Onun sözlərinə görə, həftənin müxtəlif günlərində bu poliqona həm iritutumlu, həm də minik avtomobilləri gələrək buradan vaxtı ötmüş yağ, qatılaşdılmış süd, mayonez, qarabaşaq və digər ərzaqları toplayaraq avtomobillərlə daşıyırlar.

Şəhər sakinləri də bu iddianı təsdiqləyirlər. Onlar atılan ərzaq və digər malların qaydalara uyğun zərərsizləşdirilməsini istəyirlər.


Xəbərə aid video