Şəkər tozunu zeytun yağı ilə qarışdırın və...


Digərləri 01 Sen 2018 19:45:00 322 0

Şəkər tozunu zeytun yağı ilə qarışdırın və...

Dodaq quruluğu xüsusilə qış aylarında yaşanır. Soyuq havalar dərinin qurumasına səbəb olur. Dodaqlar isə daha həssas olduğu üçün daha tez quruyur.

Dodaqlar yumşaq və canlı qalması üçün günəşdən qorunmalıdır. Yüksək faktorlu qoruyucu balzam və kremlər sürtün. Bir də soyuq havalarda dodaqları tez-tez yalamaq olmaz, əks halda dodaq quruluğu problemindən canınız qurtarmaz.

Dodaq quruluğu üçün təbii həll yolları

İstifadə etdiyiniz dodaq boyasına diqqət edin. Bəzi məhsullar dodaqların qurumasına və nəmini itirməsinə səbəb olur. Bitki tərkibli dodaq boyaları istifadə edin.

Dodaq üçün kakao, zeytun yağı da istifadə edə bilərsiniz.

Dodaq qurumasının bir digər səbəbi də ölü dəri hüceyrələrinin və kirin toplanması ola bilər. Bunun üçün ən effektli üsul pilinqdir. Bir az şəkər tozu və zeytun yağını qarışdırın və bununla dodaqlarınıza masaj edin. Təxminən 10 dəqiqə dodaqlarınızda saxlayın. Sonra ilıq su ilə durulayın.

Xiyar da dodaqların yumşaq qalması üçün məsləhət görülür. Dərini yumşaldır və qidalandırır. Eyni zamanda dəri hüceyrələrinin yenilənməsinə yardımçı olur. Bir az xiyar rəndələyin və dodaqlara çəkin. Təxminən 10 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Hər gün müntəzəm olaraq 2, ya 3 dəfə edə bilərsiniz. Xiyar soyuq halda dodaqlara çəkildiyində daha yaxşı effekt verir.