Sumqayıtda 11 yaşlı yeniyetmə dənizdə batıb


Digərləri 01 Sen 2018 19:47:00 271 0

Sumqayıtda 11 yaşlı yeniyetmə dənizdə batıb

Xəzər dənizinin Sumqayıt şəhəri sahillərində yeniyetmə batıb.

Son.az "Report"a istinadən bildirir ki, 2007-ci il təvəllüdlü yerli sakin Elnur Aslanoğlu dostları ilə çimərkən boğulub.

Onun "çimmək qadağandır!" bildirişinə məhəl qoymayaraq uzağa üzdüyünü və batdığı bildirilir. Bir neçə saat axtarışdan sonra 11 yaşlı yeniyetmənin meyiti tapılaraq aidiyyəti üzrə təhvil verilib.