Hikmət Hacıyev: Azərbaycan və Rusiya birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışır


Digərləri 01 Sen 2018 19:32:00 229 0

Hikmət Hacıyev: Azərbaycan və Rusiya birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışır

Azərbaycan və Rusiya birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışır

Bakı. Azərbaycan və Rusiya birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışır. Trend-in məlumatına görə, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "TRT World" kanalına müsahibəsində deyib. Azərbaycanın Rusiya və Almaniya ilə əlaqələri və regiona artan maraqlar haqqında sualı cavablandıran H.Hacıyev bildirib ki, Azərbaycan öz xarici siyasətində bütün tərəfdaş və dost dövlətlərlə bərabər hüquqlu və normal əlaqələrin qurulmasının tərəfdarıdır. Bu xüsusda o, Rusiyanın Azərbaycanın qonşu dövləti olduğunu və iki ölkə arasında ənənəvi dostluq əlaqələrinin hökm sürdüyünü deyib. XİN sözçüsü iki ölkənin birgə səylər və tədbirlərlə əməkdaşlığı daha da gücləndirməyə çalışdığını vurğulayıb. Digər tərəfdən, o, Azərbaycanın Avropa İttifaqından olan tərəfdaşlarla yaxından əməkdaşlıq etdiyini qeyd edərək Avropa İttifaqı, Aİ-nin üzv dövlətləri, o cümlədən Almaniya ilə əməkdaşlıq üzrə Azərbaycanın geniş gündəliyinin olduğunu nəzərə çatdırıb. Münaqişənin həlli və vasitəçilik missiyaları haqqında sualı cavablandıran H.Hacıyev Cənubi Qafqaz regionunun Azərbaycan ərazilərinin Ermənistan tərəfindən davam edən işğalından əziyyət çəkdiyini və Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərində qeyri-qanuni mövcudluğunun regional sülh və təhlükəsizliyi ciddi təhdid etdiyini vurğulayıb.