Poqba sabiq klubuna qayıda bilər


İdman 01 Sen 2018 19:25:00 278 0

Poqba sabiq klubuna qayıda bilər

Manchester United-in futbolçusu Pol Poqba  İtaliyaya qayıda bilər. Goal.az xəbər verir ki, fransalı futbolçu yenidən Juventus-un formasını geyinmək istəyir. Joze Mourinyo ilə münasibətləri yaxşı olmayan dünya çempionunun qış transfer pəncərəsində Turin klubuna transfer ola biləcəyi iddia olunur. Poqba “qırmızı şeytanlar"a 2016-cı ildə məhz Juventus-dan keçib.