Yol polisi Yasamalda reyd keçirib, 20dən çox sürücü cərimələnib VİDEO


Digərləri 01 Sen 2018 19:12:00 253 0

Yol polisi Yasamalda reyd keçirib, 20dən çox sürücü cərimələnib  VİDEO

Avtomobili harda gəldi park edən sürücülərə qarşı reyd keçirilib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları rayon ərazisində belə sürücüləri aşkar edərək cərimələyib. Məqsəd piyadaların təhlükəsizliyini təmin etməkdir.

Çəkiliş zamanı məlum olub ki, polisin ərazidə xidmət aparmasına baxmayaraq, sürücülər yollarını qısaltmaqdan ötrü piyadaların həyatını təhlükəyə ataraq səki ilə hərəkət edirlər.

Yasamal rayon Dövlət Yol Polisi Şöbəsinin rəisi Qəhrəman Qələndərovun sözlərinə görə, gün boyu yol patrul xidmətinin əməkdaşları rayon ərazisində dayanma- durma qaydasını pozan və qadağan edilmiş yolda hərəkət edən belə sürücülərə qarşı reyd keçirir.