Başqalarının seks həyatı sizinkindən daha yaxşıdırmı?


Digərləri 01 Sen 2018 19:17:00 441 0

Başqalarının seks həyatı sizinkindən daha yaxşıdırmı?

Bizə elə gəlir ki, başqa insanlar bizdən daha çox cinsi əlaqədə olurlar. Bu düşüncənin səbəbləri bizim heyvani instinktlərimizdə yatır və bəzən təhrikedici qüvvə şüursuz qeyri-obyektivlik olur.

Araşdırmalar göstərir ki, biz gənclərin reallıqdakından daha çox sekslə məşğul olduğunu düşünürük. Xüsusilə də kişilər, gənc qadınların seks həyatı haqqında yanlış yanaşmaya malikdirlər.

Ipsos mərkəzinin uzun müddətdir ki, bu yanlış anlaşılma üzərində apardığı və bu yaxınlarda Qavrayışın Təhlükələri (The Perils of Perception) adlı kitab şəklində çap olunacaq araşdırmasının bir hissəsi kimi biz, ötən dörd həftə ərzində Britaniya və ABŞ-da insanlardan ölkələrindəki 18-29 yaş arası gənclərin nə qədər çox cinsi əlaqədə olduğu haqqında düşüncələrini soruşduq.

Ortalama təxminlər, hər iki ölkədəki gənc kişilərin ötən ay ərzində 14 dəfə sekslə məşğul olduğunu göstərib. Lakin seksual davranışın detallı sorğusuna əsasən, əsl rəqəm Britaniyada beş, ABŞ-da dörddür.

Təxminlərimiz bir gənc kişini bir gündən bir - ildə təxminən 180 dəfə - cinsi əlaqədə olduğu mənasına gəlir. Real illik göstərici isə 50 dəfədən o tərəfə keçmir.

Fəqət təxminlərimizdəki yeganə yanlış bu deyil. Həm ABŞ, həm də Britaniyada kişilər gənc qadınların seks həyatını tamamilə səhv qavrayırlar.

Britaniyadakı kişilər gənc qadınların ayda 22 dəfə, ABŞ-dakı kişilər isə qadınların ayda 23 dəfə cinsi əlaqədə olduğunu düşünürlər. Yəni, bir gənc qadın hər gün, hər ayın bir xüsusi tarixində isə gündə iki və ya üç dəfə sekslə məşğul olur. Reallıq: təxminən ayda beş dəfə.

Bu qədər yanlış düşüncə mövcudluğu bizim necə fikirləşdiyimiz və bu barədə bizə öyrədilənlərin də səhv olduğunu göstərir.

Nəslimizin artması məhz seksdən asılıdır. Lakin bu da yanlış qavramlar ilə doludur. İnsana xas bir çox əsas davranışlarından fərqli olaraq seks, adətən bağlı qapılar arxasında baş verir (və seksin geniş kütlələrə təqdim edilən forması heç də normanın tam dəqiq təsviri deyil).

Tinder kimi tanışlıq proqramlarının inkişafı, başqalarının seks həyatının daha rəngli olduğu təsəvvürünü yaradıb

Bizim real həyatda yaşanan müqayisəli informasiyaya çıxışımız az olduğuna görə, başqa mənbələrə əl atırıq: oyun meydançası və ya soyunma otağı söhbətləri, şübhəli sorğular, nalayiq media xəbərləri və pornoqrafiya.

Bunlar isə bizim reallıq baxışımızı qarışdıran ekstremal nümunə və təhlükəli lətifələrdən başqa bir şey deyil.

Eyni sorğu çərçivəsində biz başqa bir sual da təqdim etmişdik: üç fərqli ölkənin adamlarının 45-54 yaşına qədər bir insanın həyatında neçə seks partnyoru olduğu barədə fikirləri. Bu zaman isə kişilərin cinsi partnyoru barədə daha dəqiq cavablar aldıq.

Avstraliya və Britaniyada 45-54 yaşına qədər bir kişinin həyatında orta hesabla 17, ABŞ-da isə 19 partnyor olur. Təxminlər demək olar ki, rəsmi rəqəmlərlə üst-üstə düşüb.

Lakin kişilərlə qadınları müqayisə edincə daha da maraqlı mülahizələrlə üzləşdik. Birinci fərq, faktiki məlumatlardadır. Seksual davranış sorğularında qadınların iddia etdiyi partnyor sayı kişilərin dediklərindən qat-qat aşağı olub.