Vladimir Putin: Gələn il Azərbaycan və Rusiya Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir


Digərləri 01 Sen 2018 19:07:47 260 0

Vladimir Putin: Gələn il Azərbaycan və Rusiya Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir

Gələn il Azərbaycan və Rusiya Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir.

Bakı. Gələn il Azərbaycan və Rusiya Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir. Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin Soçidə Prezident İlham Əliyevlə birgə mətbuata bəyanatla çıxışında deyib. Rusiya Prezidenti bildirib ki, ikitərəfli iqtisadi əlaqələrin çox fəal inkişaf edir: “2017-ci ilin yekununa görə Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiyanın Azərbaycana birbaşa kapital qoyuluşu 1,5 milyard dollar təşkil edib. Azərbaycan bazarında təxminən 700 birgə müəssisə, onlardan da üçdə biri 100 faizlik Rusiya kapitalı ilə fəaliyyət göstərir. Sahibkarlıq birlikləri arasında, o cümlədən kiçik və orta biznes xətti ilə əlaqələr genişlənir. Rusiya-Azərbaycan İşgüzar Şurası təkcə ötən il ümumi dəyəri 450 milyon dollar olan 42 birgə layihəyə dəstək göstərib. Azərbaycanda Rusiyanın bir çox enerji şirkətləri uğurla işləyir. Bunlar “Qazprom”, “Transneft” və “Lukoyl”dur”. V.Putin qeyd edib ki, ümumiyyətlə, Rusiyanın və Azərbaycanın enerji sistemləri inteqrasiya rejimində fəaliyyət göstərir. Sənaye sahəsində kooperasiya dərinləşir: “İlham Heydər oğlu ilə müzakirə etdiyimiz bir neçə uğurlu birgə layihəni xatırladım. Məsələn, “KamAZ” Gəncə avtomobil zavodunda lisenziyalı yük maşınlarının buraxılmasını və onlara xidmət göstərilməsini qaydaya salıb. Rusiyanın “R-Farm” şirkəti 2019-cu ildə Azərbaycanda açılacaq dərman preparatlarının istehsalı müəssisəsinin tikintisinə 74 milyon dollar sərmayə yatırıb. “Qazprombank” Sumqayıt Kimya-Sənaye Parkının inkişafında iştirak edir. Sərmayənin həcmi təqribən 750 milyon dollar təşkil edir. Qərbi Avropa bazarlarını Asiya istehsalçıları ilə birləşdirəcək beynəlxalq Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılmasını ən perspektivli layihələrdən biri hesab edirik”. Prezident əlavə edib ki, bu dəhliz Cənubi Asiya və Yaxın Şərqdən İran vasitəsilə Avropaya yük daşımalarını xeyli sürətləndirməyə imkan verəcək: “Bu arteriyanın ümumi uzunluğu 7 min kilometrdən artıqdır. Buraya dərmir yolu, bərə və avtomobil nəqliyyatı yolları daxildir. Həm də Şimal-Cənub dəhlizinin xeyli hissəsi Rusiya və Azərbaycan ərazisindən keçəcək. Qeyd edim ki, marşrutun ayrı-ayrı hissələri üzrə iş artıq aparılır. Gələn il ölkələrimiz Samur sərhəd çayı üzərindən körpünün tikintisini başa çatdırmaq niyyətindədir”. Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin