Galatasaray-dan müdafiəçi transferi


İdman 01 Sen 2018 18:52:00 226 0

Galatasaray-dan müdafiəçi transferi

Galatasaray yay transfer pəncərəsinin son günündə müdafiə xəttini gücləndirib. Goal.az xəbər verir ki, "sarı qırmızılar" Akhisarspor-un sol cinah müdafiəçisi Ömər Bayramı heyətinə qatıb. Bu barədə klubun rəsmi saytı məlumat yayıb.

27 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanıb. Galatasaray bu keçidə görə Akhisar klubuna 400 min avro təzminat ödəyib. Ömər yeni komandasında ilk mövsümündə 500, sonrakı mövsümlərdə isə 400 min avro qazanacaq.