Bu ay Azərbaycanın 20dən çox rayonunda əmək yarmarkası keçiriləcək


Digərləri 01 Sen 2018 17:06:00 300 0

Bu ay Azərbaycanın 20dən çox rayonunda əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən respublikanın bölgələrində əmək yarmarkalarının təşkili işləri davam etdirilir.

Bu barədə Son.az-a Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Sentyabr ayı ərzində respublikanın 20-dən çox rayonunda (Goranboy, Qobustan, Cəlilabad, Qusar, Ucar, Lerik, Biləsuvar, Bərdə, Astara, Ağcabədi, Şabran, Zaqatala, Balakən, Salyan, Ağdam, Beyləqan, Ağdaş, Tovuz, Yardımlı və s.) əmək yarmarkalarının keçirilməsi planlaşdırılıb. Yarmarkalarda həmin rayonlar üzrə boş (vakant) iş yerləri işsiz və işaxtaran vətəndaşlara təklif ediləcək, onlara seçimlərinə və əmək bacarıqlarına uyğun vakant iş yerlərinə göndərişlər veriləcək.