Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri başa çatıb


Siyasət 01 Sen 2018 16:47:00 223 0

Prezident İlham Əliyevin Rusiyaya rəsmi səfəri başa çatıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasına rəsmi səfəri sentyabrın 1-də başa çatıb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Soçi Beynəlxalq Aeroportunda dövlətimizin başçısını Soçi şəhərinin meri Anatoli Paxomov, Krasnodar Vilayətinin qubernatorunun müavini Anatoli Voronovski və Rusiya Xarici İşlər Nazirliyi dövlət protokolu idarəsinin rəis müavini Andrey Yakovlev yola saldılar.