Sevilla Spartak-dan futbolçu alıb


İdman 01 Sen 2018 16:50:00 271 0

Sevilla Spartak-dan futbolçu alıb

Sevilla transfer pəncərəsinin son günündə heyətinə yeni futbolçu qatıb. Goal.az xəbər verir ki, La Liqa təmsilçisi Moskva Spartak-ından Kvinsi Promesi transfer edib. Bu barədə klubun rəsmi saytı məlumat verib.

Hollandiya millisinin üzvü ilə 5 illik müqavilə imzalanıb. Sevilla 26 yaşlı futbolçu üçün Moskva klubuna 20 milyon avro ödəyib. Spartak-da 135 oyuna 66 qol vuran Promes, 28 dəfə də Hollandiya millisinin şərəfini qoruyub.