“Azərsu” ötən ili yarım milyard manat zərərlə başa vurub


Digərləri 01 Sen 2018 15:54:00 250 0

“Azərsu” ötən ili yarım milyard manat zərərlə başa vurub

"Azərsu" ASC-nin 2017-ci il üzrə zərəri 508 milyon 350 min manat təşkil edib.

Son.az bildirir ki, oxu.az-ın qurumun 2017-ci il üzrə hesabatına istinadən verdiyi xəbərə görə, Səhmdar Cəmiyyətin zərəri 2016-cı illə müqayisədə 104 milyon 571 min manat az olub. 

Ötən il "Azərsu"nun 163 milyon 884 min manat cəmi gəlirinə qarşı xərcləri 668 milyon 498 min manat təşkil edib. Nəticədə 504 milyon 614 min manatlıq əməliyyat zərəri yaranıb. 3 milyon 574 min manatlıq maliyyə xərci ilə də zərər 508 milyon 350 min manata çatıb.