Bu qurum 600 manata maşın satır –


Digərləri 01 Sen 2018 15:42:00 271 0

Bu qurum 600 manata maşın satır –

Bir neçə dövlət qurumu balansında olan nəqliyyat vasitələrini satışa çıxarıb.

Son.az axar.az-a istinadən xəbər verir ki, Əmlak Məsələləri Dövlət Komitəsi 2 oktyabr tarixində bu məqsədlə hərrac təşkil edəcək.

Hərraca ümumilikdə 5 avtomobil çıxarılıb. Özəlləşdirmə üçün Bakı Şəhər İcra Hakimiyyəti 1, Mərkəzi Bank 2, Nazirlər Kabineti də 2 avtomobil təqdim edib.

Hərraca təqdim edilən ən bahalı avtomobillər Nazirlər Kabinetinin BMV-730 markalı avtomobilləridir. Avtomobillərdən biri 10.500 manata, digəri isə 11.250 manata özəlləşdirməyə çıxarılıb.