Arıqlamaq üçün ən effektiv üsul tapıldı


Digərləri 01 Sen 2018 15:50:00 272 0

Arıqlamaq üçün ən effektiv üsul tapıldı

Böyük Britaniyanın Surreya Universitetinin alimləri müəyyən ediblər ki, səhər yeməyinin gec, naharın isə tez qəbul edilməsi insan çəkisinin azalmasına səbəb olur.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bununla bağlı məlumat "Journal of Nutritional Sciences" nəşrində dərc olunub. 

Alimlər yaşları 29-57 arası olan 16 nəfər üzərində yoxlamalar aparıb. Onlardan doqquzu alimlərin göstərdiyi, digərləri isə normal vaxtda qidalanıblar. Nəticədə yemək vaxtlarını dəyişən şəxslərdə arıqlamanın iki dəfə çox getdiyi müəyyən edilib.