Nazarovun qolu komandasına kömək etmədi


İdman 01 Sen 2018 15:50:00 257 0

Nazarovun qolu komandasına kömək etmədi

Almaniya 2-ci Bundesliqasında 4-cü turun oyunları keçirilib. Goal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun formasını geyindiyi Erzgebirge də növbəti matçına çıxıb. Klub səfərdə İnqolstadt-la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan məğlubiyyətlə ayrılıb - 2:3.Millimizin üzvü də bu görüşün iştirakçısı olub. O, qarşılaşmanın 79-cu dəqiqəsində meydana buraxılıb. Komandasının son qolunu da 90-cı dəqiqədə millimizin yarımmüdafiəçisi vurub. Aue hazırda 1 xalla 18 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.