Təhsil İdarəsi: Rus bölməsində kadr çatışmazlığı var


Digərləri 01 Sen 2018 15:24:00 292 0

Təhsil İdarəsi: Rus bölməsində kadr çatışmazlığı var

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrində rus bölməsidə ibtidai sinif müəllimi vəzifəsi üzrə kadr çatışmazlığı müşahidə olunur.

Son.az bildirir ki, BŞTİ-dən oxu.az-ın sorğusuna cavab olaraq deyildiyinə görə, artıq dördüncü tədris ilidir ki, BŞTİ-nin tabeliyindəki 300 ümumi təhsil müəssisəsinin I sinfinə şagird qəbulu elektron sistem vasitəsilə aparılır:

"Həmin məktəblərdən yalnız 126-da rus bölməsi fəaliyyət göstərir. 2018-2019-cu tədris ili üzrə ibtidai təhsil pilləsini yekunlaşdıran 246 müəllim üzrə sistemdə sinif açılıb. Həmin siniflərə sinif otaqlarının maksimum şagird tutumu nəzərə alınmaqla, şagird qəbulu aparılır.

Avqustun 30-na kimi olan məlumata əsasən, rus bölməsi üzrə 7 954 şagird qəbul edilib. Artıq tədris ilinin başlamasına az müddət qaldığından bəzi məktəblərin mövcud siniflərində şagird yerləri tutulub".

Məlumatda bildirilib ki, BŞTİ-nin tabeliyindəki ümumi təhsil müəssisələrində rus bölməsidə ibtidai sinif müəllimi vəzifəsi üzrə kadr çatışmazlığı müşahidə olunur. Sadəcə, son üç ilin təhlili göstərir ki, müəllimlərin işə qəbulu müsabiqəsinə təqdim edilən vakansiyalar ilbəil artmaqdadır.

Belə ki, 2016-2017-ci tədris ili üçün 120-dən artıq, 2017-2018-ci tədris ili üçün 150-dən artıq, 2018-2019-cu tədris ili üçün isə 150-dən artıq vakansiya təqdim edilib. Statistika göstərir ki, müsabiqəyə təqdim edimiş vakansiyaların heç də hamısının mövcud qaydalar çərçivəsində müəllimlə təmin edilməsi mümkün olmur.