İngiltərəli referi vəzifəsindən uzaqlaşdırıldı


İdman 01 Sen 2018 14:32:00 238 0

İngiltərəli referi vəzifəsindən uzaqlaşdırıldı

İngiltərə Premyer Liqasının hakimi Bobbi Medli vəzifəsindən azad edilib. Goal.az xəbər verir ki, o, “Snapchat”a sağlamlıq imkanları məhdud olan insanlara qarşı təhqiramiz açıqlama göndərib. Məsələni araşdıran Premyer Liqa rəhbərliyi hakimi qovmağa qərar verib.

Medli şəbəkədəki izləyicilərinə fiziki məhdudiyyətli şəxsin şəklini göndərərək belə yazıb: “Mən məktəbin idman günündə qaçışda ona qalib gələrdim”. Bobbinin bundan sonra Norveç çempionatında hakimlik etmək üçün cəhd göstərəcyi bildirilir. Onun qızı Norveçdə yaşayır.