Araz-ın daha bir rəqibi müəyyənləşdi


İdman 01 Sen 2018 13:50:00 256 0

Araz-ın daha bir rəqibi müəyyənləşdi

Futzal üzrə UEFA Çempionlar Liqasının ilkin mərhələsində bir neçə qrupun oyunları başa çatıb. Goal.az xəbər verir ki, məhz həmin oyunlardan sonra Azərbaycan çempionu “Araz”ın rəqiblərindən daha biri müəyyənləşib. Belə ki, F qrupunda Litva çempionu “Vytis” keçirdiyi hər 3 oyunu qalib başa vurub və əsas mərhələyə vəsiqə qazanıb.

Təmsilçimizin digər rəqibi bu gün saat 22:00-da keçiriləcək “Valletta” - “Veles” (Makedoniya) oyununda müəyyənləşəcək. E qrupunda yer alan hər iki komandanın aktivində 6 xal var və cütün qalibi əsas mərhələyə yüksələcək.

Qeyd edək ki, “Araz” əsas mərhələnin 8-ci qrupunda mübarizə aparacaq. Ölkə çempionu Slovakiyada keçiriləcək qrup oyunlarında “Luçenec” (Slovakiya), “Vytis” (Litva) və “Valletta” - “Veles” cütünün qalibi ilə üz-üzə gələcək. Bu mərhələnin oyunları oktyabrın 2-dən 7-dək keçiriləcək və yalnız qrup qalibi elit-raunda vəsiqə qazanacaq.