Müdafiə naziri: Fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır


Digərləri 01 Sen 2018 13:37:00 265 0

Müdafiə naziri: Fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyindən Son.az-a verilən məlumata görə, nazirin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə, xidmət rəisləri, eləcə də birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə cəbhə bölgəsində yerləşən birləşmə komandirləri və digər vəzifəli şəxslər cəlb olunub.

Ali Baş Komandan İlham Əliyevin Ordumuz qarşısında qoyduğu tapşırıqları bir daha müşavirə iştirakçılarının diqqətinə çatdıran Müdafiə naziri xüsusi olaraq vurğulayıb ki, ordu quruculuğu istiqamətində görülən işlərin, həyata keçirilən tədbirlərin və ümumilikdə bütün fəaliyyətimizin əsas məqsədi ərazilərimizin işğaldan azad edilməsinə hazırlıqdır.


Xəbərə aid fotolar