“Bilmədən onu bıçaqla vurdum”


Digərləri 01 Sen 2018 13:17:00 239 0

“Bilmədən onu bıçaqla vurdum”

Pula görə dostunu öldürən şəxs və mərhumun atası onun barəsindəki hökmdən apellyasiya şikayəti veriblər.

Son.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Sənan Əzimov telefon mağazası açmaq üçün pul aldığı dostu və həmyaşıdı Rüfət Paleşnini bıçaqlayaraq öldürməkdə ittiham edilib. Hadisə 2018-ci il fevralın 20-də Suraxanı rayonun Əmircan qəsəbəsində yerləşən dəmir yolu platformasında baş verib.

İttihama görə, işsiz olan dostlar birgə iş qurmaq üçün telefon mağazası açmaq qərarına gəliblər. Daha sonra isə pulla bağlı fikir ayrılıqları yaranıb və mübahisə ediblər. Rüfət əsəbləşərək Sənanı söyüb, o da dostuna 2 bıçaq zərbəsi vurub.

S.Əzimov məhkəmə prosesində deyib ki, dostunu pula görə öldürməyib: "Rüfət mənim uşaqlıq dostum idi. Ondan 6 min manat almışdım, 1500 qaytardım. Fevral ayında qəfildən qalan pulun hamısını istədi. Məni görüşə çağırdı, içkili idi. Mən də qaytaracağımı dedi, mənə əl atdı, onu yumruqla vurdum.