Fenerbahçe-nin sonuncu yay transferi


İdman 01 Sen 2018 11:46:00 278 0

Fenerbahçe-nin sonuncu yay transferi

Fenerbahçe yay transfer pəncrəsinin son günündə daha bir transferini reallaşdırıb. Goal.az xəbər verir ki, Super Liqa təmsilçisi Lille-nin əlcəzairli futbolçusu Yassin Benziyanı heyətinə qatıb. Benziya son mövsümdə 32 qarşılaşmada iştirak edib və 1 qolla yadda qalıb.

"Sarı lacivərdlilər" daha öncə “Altınordu”dan Bərkə Özər və Barış Alıcı, “Bursaspor”dan Harun Təkin, “Portu”dan Dieqo Reyes, “Lester”dən İslam Slimani, “Suonsi”dən Andre Ayyu və “Sürix”dən Mixael Fray və "Qremio"dan Jailsonu heyətinə qatmışdı.