"Azərbaycanlı azarkeşlər çılğın idi"


İdman 01 Sen 2018 10:49:00 285 0

"Azərbaycanlı azarkeşlər çılğın idi"

Arsenal-ın qapıçsı Bernd Leno Avropa Liqasının qrup mərhələsinin püşkünə münasibət bildirib. Goal.az xəbər verir ki, 26 yaşlı alman qolkiper DÇ-2018-in seçmə mərhələsi çərçivəsində səfərdə Azərbaycana qarşı keçirdikləri oyunu xatırlayıb:

"Meydan yaxşı vəziyyətdə, azarkeşlər də çılğın idi. Oyunçuların çoxunu tanımırdım, ancaq uzun və maraqlı səfər oldu. Portuqaliyanın Sporting klubu yaxşı bir stadiona malikdir. Digər komandanın oyunçularının çoxunu tanımıram. Ancaq maraqlı oyunlar olacaq”.

Qarabağ" Avropa Liqasının E qrupunda “Arsenal” (İngiltərə), “Sporting” (Portuqaliya) və “Vorskla” (Ukrayna) klublarıyla mübarizə aparacaq.