Cəlilabadda ana və qızını qətlə yetirmiş şəxs Bakıda saxlanılıb


Sosial 01 Sen 2018 10:15:08 286 0

Cəlilabadda ana və qızını qətlə yetirmiş şəxs Bakıda saxlanılıb

Faktla bağlı araşdırmalar davam etdirilir

Cəlilabad rayonunda ana və qızını qətlə yetirmiş şəxs saxlanılıb.

"Report"un Muğan bürosunun əldə etdiyi məlumata görə, rayonun Qarazəncir kənd sakinləri 1932-ci il təvəllüdlü Əsgərova Firuzə və onun qızı,1972-ci il təvəllüdlü Əsgərova Sənubəri qətlə yetirməkdə şübhəli bilinən həmin kənd sakini 1984-cü il təvəllüdlü Yaşar Bayramov tutulub.

Məlumata görə, əvvələr məhkum olunmuş Y.Bayramov dünən axşam saatlarında Bakı şəhəri ərazisində Cəlilabad Rayon Polis Şöbəsininəməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırmalar davam etdirilir.