Azərbaycanlı hacıları Bakıya gətirən təyyarə gecikmə ilə havaya qalxıb


Digərləri 01 Sen 2018 09:42:00 265 0

Azərbaycanlı hacıları Bakıya gətirən təyyarə gecikmə ilə havaya qalxıb

Azərbaycandan Həcc ziyarəti üçün Səudiyyə Ərəbistanına gedən hacıları Bakıya gətirən təyyarə gecikmə ilə havaya qalxıb.

Son.az Report-a istinadən xəbər verir ki, təyyarə iki saat gec yola düşüb. Təyyarə saat 11:30 radələrində Bakıya enəcək.

Qeyd edək ki, hacıları Azərbaycana gətirəcək ilk təyyarə reysinin Bakı vaxtı ilə səhər saat 05:00-da yola çıxması nəzərdə tutulurdu.