Qarabağ-dan yayın son transferi
İdman 01 Sen 2018 09:44:00 225 0
Qarabağ yay transfer pəncərəsinin son günündə son transferini reallaşdırıb. Goal.az xəbər verir ki, Ağdam klubu milli komandamızın üzvü Araz Abdullayevi heyətinə qatıb. Müqaviləylə Yunanıstanın Panionios klubuna məxsus olan Abdullayev növbəti 2 mövsümü icarə əsasında Qarabağ-da keçirəcək.
26 yaşlı vinger son mövsümü Kiprin Anorthosis klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qolla yadda qalıb.
Mənbə: goal.az