ABŞ Şimali Koreyaya səyahət qadağasının müddətini uzadıb


Dünya 01 Sen 2018 08:55:00 277 0

ABŞ Şimali Koreyaya səyahət qadağasının müddətini uzadıb

ABŞ amerikalılara Şimali Koreyaya səfərin təhlükəli olduğunu bildirərək, qadağanı daha bir ilə uzadıb.

Dövlət Departamentinin rəsmi nümayəndəsi bildirib ki, ABŞ vətəndaşlarının xarici ölkələrdə təhlükəsizliyi ən yüksək prioritetlərdən biridir. "Şimali Koreya üçün səyahət xəbərdarlığı yerində qalır-Dövlət Departamenti ABŞ vətəndaşlarına Şimali Koreyaya səfər etməmək haqda xəbərdarlıq edir", deyə Dövlət Departamentinin açıqlamasında bildirilir.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki, gələn ilin avqustun 31-ə qədər uzadılan səyahət qadağası, rəsmi Vaşinqtonun Koreya yarımadasının nüvəsizləşdirilməsi ilə bağlı Pxenyanla danışıqların çətin dövrünə təsadüf edir.

Prezident Tramp iyun ayında Sinqapurda Şimali Koreya lideri Kim Con Unla keçirilən sammitin ardından Şimali Koreyanın artıq nüvə silahı proqramını sona çatdırmağa razı olduğunu və ölkənin "artıq nüvə təhlükəsi yaratmadığını" deyib.