Azərbaycan neftinin 1 bareli 79 dollardan baha satılır


Digərləri 01 Sen 2018 08:38:00 234 0

Azərbaycan neftinin 1 bareli 79 dollardan baha satılır

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti avqustun 30-da 79,03 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 1,07 dollar/barel çoxdur.

Son.az Trend-ə istinadən bildirir ki, FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti avqustun 30-da 78,21 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 1,07 dollar/barel çoxdur.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti avqustun 30-da 75,37 dollar/barel təşkil edib ki, bu, əvvəlki qiymətdən 1,13 dollar/barel çoxdur.