Xiaomi 5 dəqiqədə 28 milyon dollarlıq Pocophone F1 satıb


Digərləri 01 Sen 2018 08:25:00 319 0

Xiaomi 5 dəqiqədə 28 milyon dollarlıq Pocophone F1 satıb

Xiaomi Pocophone F1 smartfonu uğurlu şəkildə dünyanı fəth etməyə davam edir.

Son.az technote.az-a istinadən bildirir ki, sözügedən smartfon modeli aşağı qiymət göstəricisinə və flaqman özəlliklərə sahib unikal cihazdır. Xiaomi şirkəti bildirib ki, Çərşənbə günü ərzində o, 5 dəqiqə ərzində ümumilikdə 28 milyon dollar dəyərində smartfon partiyası satıb. Hindistanın Flipkart adlı mağazası üçün bu, tarix ərzində ən böyük və sürətli satış olub. Hesablamalara əsasən 5 dəqiqə ərzində bu modelin 68.985 ədəd top versiyası satılıb. Standart versiyanın satış rəqəmləri isə 100.000-i keçib. Satılmış cihazların sayını hələ dəqiq şəkildə hesablamaq lazımdır. Son.az