Düyməli telefonlara maraq kəskin artıb


Digərləri 01 Sen 2018 08:12:00 232 0

Düyməli telefonlara maraq kəskin artıb

2017-ci il ərzində internetə çıxışı olmayan düyməli telefonlara tələbat 5% artıb. Köhnəlmiş modellərə artan maraq son illərdə ilk dəfədir ki müşahidə olunur.

Son.az Trend-ə istinadən bildirir ki, eyni zamanda smartfon satışı gözlənilmədən 2% aşağı düşüb. Buna səbəb sutka ərzində sosial şəbəkələrə çıxışın olması ola bilər. İstifadəçilər internetə çıxışı olmayan modelləri almaqla İnstagram və Facebook şəbəkələrində yeniliklərindən uzaq olmaq istəyirlər.

Ortalama istifadəçi smartfonu hər 12 dəqiqədən bir yoxlayır.

Ofcom şirkətinin araşdırmasına görə, 78% britaniyalı həyatını smartfonsuz təsəvvür etmir. Yaşlı nəsil gündə 28 dəqiqə onlayn lur, 18-24 yaşlılar isə gün ərzində 3 saat 14 dəqiqə internetdə olurlar.