Tovuzda elektrik enerjisi təsərrüfatı yenilənir


Digərləri 01 Sen 2018 08:18:00 329 0

Tovuzda elektrik enerjisi təsərrüfatı yenilənir

Tovuz rayonunda elektrik enerjisinin verilişində köklü dəyişikliklərə nail olunub.

Son.az Trend-ə istinadən bildirir ki, bu ilin səkkiz ayı ərzində görülən işlər sırasında 8 km uzunluğunda olan 6 kv-luq "Aqropark" hava xətti də var.

Tam tikilib istifadəyə verilən bu xətt vasitəsi ilə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait yaradılıb. Uzunluğu 5.74 km olan "Ağdam" hava xəttində isə dayaqlar tam dəyişdirilib, bəzi yerlərdə 10 kv-luq dayaqlar da quraşdırılıb. Rayonun Hunanlar kəndində 3 ədəd,Sarıtala və Qaraboyunlar kəndlərində isə 2 ədəd KTM quraşdırılıb, ötürücü dayaqlar dəydirilib və SİP kabelləşmə işi aparılıb. Qovlar qəsəbəsində yeni transformator quraşdırılıb, Ağdam kəndində yenidənqurma işləri davam etdirilir.