Dünya okeanının səviyyəsi son 25 ildə 77 mm artıb


Digərləri 01 Sen 2018 07:55:00 286 0

Dünya okeanının səviyyəsi son 25 ildə 77 mm artıb

Son 25 ildə dünya okeanında suyun səviyyəsi 77 mm artıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Ümumdünya Meteorologiya Təşkilatının alimləri bildiriblər.

Bu göstəricinin artmasının səbəbi isti suların genişlənməsi olub. Bildirilir ki, buzlaqların əriməsi nəticəsində okeanlarda suyun səviyyəsi artır.

Alimlər belə nəticəni planetimizin kosmik müşahidəsi ilə məşğul olan, peyklərdə ən dəqiq kompüter modelləşdirməsi və yüksək dəqiqlik sensorları vasitəsilə əldə ediblər.