Qəzzada yaralanan fələstinlilərin sayı 240 nəfərə çatıb


Dünya 01 Sen 2018 07:45:00 212 0

Qəzzada yaralanan fələstinlilərin sayı 240 nəfərə çatıb

Qəzza sektorunun şərq sahilində İsrail hərbçiləri ilə toqquşmalarda azı 240 fələstinli xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, bu barədə Fələstinin səhiyyə naziri Əşrəf əl-Kidr məlumat yayıb.

"Saat 21:30-a olan məlumata görə, Qəzza sektorunun şərq sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 240 fələstinli xəsarət alıb", - deyə o bildirib. Nazirin sözlərinə görə, onlardan 82-i xəstəxanaya yerləşdirilib. Yaralılar arasında 1 uşaq da var.