8K təsvir ölçülü OLED televizor təqdim edilib


Digərləri 01 Sen 2018 07:31:00 277 0

8K təsvir ölçülü OLED televizor təqdim edilib

31 avqust - 5 sentyabr tarixində Berlində keçiriləcək "IFA 2018" sərgisinin açılışı ərəfəsində "LG Electronics" şirkəti dünyada "8K" (7680 x 4320) təsvir ölçülü ilk OLED televizoru təqdim edib.   Son.az ICTnews-ə istinadən bildirir ki, 8K təsvir ölçülü "LG OLED TV" modelinin diaqonalı 88 düym təşkil edir, panel 33 milyon öz-özünə işıqlanan piksellərdən ibarətdir.   Xatırladaq ki, OLED panellər ənənəvi maye kristal ekranlarla müqayisədə bir sıra üstünlüklərə malikdir. Orqanik işıq diodları özləri işıq saçırlar, deməli, işıqlandırmaya ehtiyac yoxdur. Bundan başqa, belə ekranlar  kiçik qalınlığa malikdir.