Azərbaycanda üzən günəş elektrik stansiyaları quraşdırıla bilər


Digərləri 01 Sen 2018 07:36:00 291 0

Azərbaycanda üzən günəş elektrik stansiyaları quraşdırıla bilər

Asiya İnkişaf Bankı (AİB) Azərbaycan, Qırğızıstan və Əfqanıstanda günəş enerjisinin inkişafına texniki dəstək layihəsinə 3 milyon dollar ayırıb.

Son.az Trend-ə istinadən bildirir ki, "Floating Solar Energy Development" adlı layihə 2018-ci il avqustun 17-də AİB Direktorlar Şurası tərəfindən təsdiqlənib. Layihə bu üç ölkədə üzən günəş elektrik stansiyalarının yaradılmasına texniki dəstək göstərməyi nəzərdə tutur.

Bankın ekspertləri əmindirlər ki, bu, enerji mənbələrinin şaxələndirilməsi, enerji təhlükəsizliyinin artırılması və atmosferə zərərli tullantıların azaldılmasına imkan verəcək:

"Ərazinin dəyəri günəş enerjisinin inkişafı yolunda əlavə maneədir. Bəzi torpaqlar kənd təsərrüfatı ehtiyacları üçün ayrılıb, dağlıq ərazilərdə isə zəruri infrastrukturu quraşdırmaq çətindir. Sututarlarda günəş elektrik stansiyalarının quraşdırılması isə su və günəş resurslarından istifadənin optimallaşdırılmasına xidmət edəcək".