Facebookun video platforması istifadəyə verildi


Digərləri 01 Sen 2018 07:21:00 259 0

Facebookun video platforması istifadəyə verildi

1 il əvvəl ABŞ-da işə salınmış və "YouTube"a rəqib olan "Facebook"un video platforması bütün istifadəçilərə əlçatan olub. Bu gündən etibarən Böyük Britaniya, İrlandiya, Avstraliya və Yeni Zelandiya vətəndaşları yeni "Watch" xidmətindən istifadə edə bilərlər.   Son.az ICTnews-ə istinadən bildirir ki, gələn ay Argentina, Belçika, Boliviya, Çili, Kolumbiya, Danimarka, Dominikan Respublikası, Ekvador, Salvador, Fransa, Almaniya, Qvatemala, Honduras, Meksika, Niderland, Norveç, Peru, Portuqaliya, İsveçə və Tailandda video platforma əlçatan olacaq. Yaxın aylar ərzində "Watch" xidmətinin başqa ölkələrdə də əlçatan olacağı gözlənilir.   ABŞ-da yeni xidmət ötən il avqustun 10-da istifadəyə verilib. 2018-ci ilin əvvəlindən etibarən "Watch" xidmətində videolara ümumi baxış vaxtı 14 dəfə yüksəlib. Hazırda xidmətin aylıq auditoriyası 50 milyondan çoxdur.