Soçidə sərnişin təyyarəsi enmə zamanı alışıb, xəsarət alanlar var - VİDEO


Digərləri 01 Sen 2018 07:20:00 231 0

Soçidə sərnişin təyyarəsi enmə zamanı alışıb, xəsarət alanlar var - VİDEO

"Utair" hava şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Rusiyanın Soçi şəhərində hava limanına enmə zamanı alışıb.

Bakı. Tural Turan - "Utair" hava şirkətinə məxsus "Boeing 737" sərnişin təyyarəsi Rusiyanın Soçi şəhərində hava limanına enmə zamanı alışıb. Trend-in məlumatına görə, Moskvadan Soçiyə uçan "Boeing 737" sərnişin təyyarəsi yerli vaxtla saat 02:59-da uçuş-enmə zolağından kənara çıxıb və yanıb. Hadisə zamanı 6 nəfər xəsarət alıb, 160 nəfər təxliyyə edilib. Alovun söndürülməsinə 5 yanğınsöndürmə texnikası cəlb edilib və saat 03:25-də yanğın lokallaşdırılıb.