5 addımla evinizi payıza hazırlayın


Digərləri 31 Avq 2018 23:59:00 272 0

5 addımla evinizi payıza hazırlayın

Sabah payız fəslinin ilk günüdür. Artıq havalar dəyişməyə başlayacaq. Hava ilə yanaşı, ev dekorasiyasında da dəyişiklik etmək lazımdır. 

Son.az axşam.az-a istinadən bildirir ki, adı çəkilən fəsildə sizin əhval-ruhiyyənizə uyğun evin dekorasiysını necə bəzəmək lazım olduğunu təqdim edir:

1. Yay dekorasiyasında mavi və bəyaz kimi açıq rənglər istifadə olunurdusa, payız aylarında qırımızı, narıncı və qəhvəyinin müxtəlif tonları hakimdir.

2. Süfrə və mətbəx payızda əsas yer tutur. Bu da o deməkdir ki, masaları da bəzəksiz qoymaq olmaz. Odur ki, masanın üzərinə quru meyvələr, yarpaq və çiçəklər, o cümlədən səbətdə və ya qabda mövsüm meyvələri qoyun. Arzu edənlər qurudulmuş yarpaq və budaqların yanında şam qozalarından da istifadə edə bilər.