Azərbaycanda gənc bir ədəd yumurtanı 29 manata satır VİDEO FOTO


Digərləri 31 Avq 2018 23:43:00 276 0

Azərbaycanda gənc bir ədəd yumurtanı 29 manata satır  VİDEO  FOTO

Xaçmazlı gənc bir ədəd yumurtanı 29 manata satır. Amma bunlar düşündüyünüz adi yumurtalardan deyil.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Xaçmaz şəhər sakini Fərmayıl Əhmədov qeyri-adi bacarığı ilə diqqət çəkir. 26 yaşlı gənc toyuq, qaz, ördək və başqa quşların yumurtalarından istifadə etməklə müxtəlif suvenirlər hazırlayır.

Fərmayıl Əhmədov bildirir ki, əl işləri sadə görünsə də, bir suvenirin hazırlanması üçün bəzən iki-üç gün vaxt sərf edir. Yumurtanın qabığı zərif olduğundan diqqətlə və səbirlə çalışmaq lazımdır. Suvenir hazırlamaq üçün əvvəlcə yumurtanın içərisi boşaldılır. Bunun üçün yumurtanın hər iki tərəfindən kiçik deşiklər açılmalıdır. İçərisindəki maye süzüldükdən sonra yumurtanın üzərinə eskiz çəkilmiş kağız yapışdırılır. Ya da eskiz birbaşa qabığın üzərinə çəkilir. Bundan sonra yumurtanın qabığı manikür üçün istifadə olunan xüsusi avadanlıqla oyulur. Üzərində bir-birindən gözəl naxışlar yaranan yumurta diqqətçəkən suvenirə çevrilir. Amma iş bununla tamamlanmır. Son mərhələdə hazır suvenir xüsusi maddə ilə yuyulur ki, bu da əl işinin möhkəmliyini və bakteriyalardan qorunmasını təmin edir.

Artıq 2 aydır "ABAD" ailəsinə qoşulan Fərmayıl satış bazarını genişləndirmək və əl işlərini dünyaya tanıtmaq istəyir. Onun hazırladığı suvenirlər artıq "ABAD"a məxsus etno butiklərdə satışa çıxarılıb.

Bildirir ki, əl işlərinin ilk müştəriləri əcnəbi vətəndaşlar olub. Əvvəllər suvenirləri yalnız hədiyyə edən gənc indi bacarığından gəlir qazanmağa başlayıb.