“Qarabağ” klubu Araz Abdullayevi transfer edib


Digərləri 31 Avq 2018 23:40:53 255 0

“Qarabağ” klubu Araz Abdullayevi transfer edib

“Qarabağ” klubu transfer pəncərəsinin sonuncu günündə növbəti transferini reallaşdırıb.

Bakı. Tural Turan - “Qarabağ” klubu transfer pəncərəsinin sonuncu günündə növbəti transferini reallaşdırıb. Trend-in məlumatına görə, Ağdam təmsilçisi Azərbaycan yığmasının üzvü Araz Abdullayevi heyətinə cəlb edib. Müqavilə ilə Yunanıstanın “Panionios” klubuna məxsus olan A.Abdullayev növbəti iki mövsümü icarə əsasında “Qarabağ” komandasında keçirəcək. İyirmi altı yaşlı futbolçu son mövsümü Kiprin “Anortosis” klubunda keçirib və meydana çıxdığı 30 oyunda 3 qol vurub.