Avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb


Digərləri 31 Avq 2018 23:34:00 237 0

Avtomobil ağaca çırpılıb, sürücü xəsarət alıb

Tovuzda baş verən yol qəzası zamanı 1 nəfər xəsarət alıb.

Son.az "report"-a istinadən bildirir ki, hadisə Tovuz şəhərində yerləşən marketlərin birinin qarşısında qeydə alınıb. 

Avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində sürücü, 1992-ci il təvəllüdlü Ələkbər Hüseynov müxtəlif bədən xəsarətləri alıb. O, xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.