Ana və qızını avtomobil vurub


Digərləri 31 Avq 2018 23:24:00 293 0

Ana və qızını avtomobil vurub

Şəmkirdə 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Son.az "report"-a istinadən bildirir ki, Şəmkir şəhərində hərəkətdə olan "Mercedes" markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarında olan evin hasarına çırpılıb. Qəza zamanı evin qarşısında oturan ana və qızı, həmçinin qəzanı törədən sürücü müxtəlif bədən xəsarətləri alıblar. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.